Xəbəri Kokpitdə Oxuyun!

Alpine Pereslə danışıqlar aparır?

Keçən il Red Bull Racing ilə yollarını ayıran Serxio Peres 2026-cı ildə Formula 1-ə qayıtmaq üçün danışıqlara davam edir.

Kokpit.az xatırladır ki, meksikalı sürücü bu il fasilə versə də, növbəti mövsüm üçün müxtəlif komandalarla danışıqlar aparır.

O, əvvəlcə gələn il Formula 1-də debüt etməyə hazırlaşan Cadillac komandası ilə danışıqlar aparıb. Hətta meksikalı pilotun Cadillac üçün ən real namizəd olduğu iddia edilirdi. Lakin başqa iddialaea görə Peres Cadillac-ın mübarizə gücündən əmin olmadığı üçün hələ müqavilə bağlamayıb və alternativləri dəyərləndirməyə başlayıb.

Britaniya mətbuatının verdiyi xəbərə görə Mayami Qran Prisi zamanı Peresin meneceri ilə Alpine komandasının rəhbəri Flavio Briatore danışıqlar aparıblar. Tərəflərin 2026-cı il üçün danışıqlar apardığı iddia edilir.

Peres hazırda Alpine üçün birinci seçim deyil. Hazırda iki güclü namizəd var. Bunlardan biri komanda ilə yeni müqavilə bağlayan Franko Kolapintodur. Digəri isə komandada test pilotluğu edən Pol Erondur.

Kolapintonun hazırda beşyarışlıq müqaviləsi var. Bu isə o deməkdir ki, argentinalı sürücü ən az Silverstouna qədər yarışacaq.

Pol Eronun da bu il bir neçə yarışda sükan arxasına keçməsi gözlənilir. Estoniyalı sürücünün performansından sonra 2026-cı il heyəti üçün son qərar veriləcək.

Rauf Hacıyev

Şərh əlavə et