Xəbəri Kokpitdə Oxuyun!

T.Kravits: Şumaxer Ferrari-ni tənqid etməzdi

Formula 1 şərhçisi Ted Kravits bildirib ki, Lyuis Həmiltondan fərqli olaraq Mixael Şumaxer heç vaxt Ferrari-ni ictimaiyyət önündə tənqid etməyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Ferrari karyerasına pis başlayıb və mövsümün ilk 6 yarışlıda Şarl Leklerdən geridə qalıb.

Yeddiqat Dünya Çempionu sonuncu Mayami Qran Prisində 8-ci olub. Yarış ərzində isə radiodan komandasını sərt formada tənqid edib. Buna səbəb isə o, fərqli təkər strategiyasında yarışan komanda yoldaşı Şarl Leklerin arxasında vaxt itirməsi olub.

Həmilton bir neçə dəfə radiodan komandasına “yerlərimizi dəyişək” desə də, komanda gec qərar verib. Ferrari-nin qərar verməyə gecikməsinə görə isə təkərlər yeyilib. Sonda Leklerkə Həmilton yerlərini dəyişsələr də, artıq gec olub. Bir neçə dövrədən sonra isə sürücülər təzədən yer dəyişərək, əvvəlki mövqelərinə qayıdıblar.

Yarışdan sonra Həmilton “komanda işi pis idi” deyərək Ferrari-ni tənqid edib.

Ted Kravitz: “Alen Prostu xatırlayıram, amma Mixael Şumaxer Ferrari-ni heç vaxt ictimaiyyət önündə tənqid etməzdi.

Lakin Sebastyan Fettel tənqid etmişdi. Kimi Rəykkönen də edirdi. Ferrari sürücüləri komandanı tənqid edəndə sonu heç də onlar üçün yaxşı qurtarmır”.

Rauf Hacıyev

Şərh əlavə et