Kokpit.az xatırladır ki, Flavio Briatore keçən ilin iyun ayında Alpire komandasına məsləhətçi kimi gəlmişdi. İtalyalı mütəxəssis komandaya gələndən yenidənqurma işlərində vacib rol oynayırdı. Lakin bu həftənin əvvəlində fransız komandası Flavionun yeni komanda rəhbəri olduğunu açıqlayıb.
Alpine-dəki dəyişikliklər bununla bitməyib. Cek Duhən əsas sürücü rolundan ehtiyat sürücü roluna təyin edilib. Onu Franko Kolapinto əvəz edəcək. Argentinalı sürücü ilə beşyarışlıq müqavilə bağlanıb.
Alpine komandasının təcrübəli sürücüsü Pyer Qasli bu təyinatlar barədə bunları deyib: “Hər şöbədən maksimumu almağa çalışır və komandanı irəli aparır. Komandanı daha yaxşı nöqtəyə gətirmək üçün əlindən gələni edir.
Böyük təcrübəsi və yaxşı çevrəsi var. Dəyişiklik etməkdən qorxmayan adamdır. Bəzən komandanın uğuru üçün hamı əlindən gələni etməlidir və o da bunu edir. Komandaya çox yöndən qatqı verib. Təbii ki, bu idmanda işlər bir neçə aya dəyişmir. Bir az daha vaxta ehtiyacımız var, amma o hamını doğru yönə aparır”.
Şərh əlavə et