Xəbəri Kokpitdə Oxuyun!

Markes dövrəvi rekordla cümə gününü zirvədə bağlayıb

MotoGP üzrə Fransa Qran Prisinin əsas sərbəst yürüşlərində Ducati komandasının sürücüsü Mark Markes zirvədə olub.

Kokpit.az bildirir ki, Fransada cümə gününün son sərbəst yürüşlərində asfaltın temperaruru 29 dərəcə, havanın temperaturu isə 20 dərəcə olub.

Yamaha Le Mana yenilənmiş motor və şassi ilə gəlib.

Əsas sərbəst yürüşlərində ilk sürətli dövrə Pramac Yamaha komandasının sürücüsü Cek Millerdən gəlib. O 1.32.494 zaman nəticəsi göstərib. Ancaq qısa müddətdən sonra Françesko Banyaya bu nəticəni 0.8 saniyə yaxşılaşdırıb və liderliyi ələ alıb.

Sürücülər dövrələr vurduqca nəticələr də yaxşılaşıb. Fabio Kuartararo 1.30.997 zaman nəticəsi ilə zirvəyə oturub. Bir neçə dəqiqədən sonra Mark Markes 1.30.530 zaman nəticəsi ilə liderliyi ələ alıb. Bu anda debütant Ai Oqura yeddinci döngədə qəza edib.

Sessiyanın bitməsinə 20 dəqiqə qalmış Xoan Mir də qəza edərək yıxılıb. Bundan bir müddət sonra protokollarda ikinci olan Maverik Vinyales də qəza edərək yıxılıb.

Fabio Kuartararo 1.30.222 ilə yenidən birincliyə yüksəlsə də, sevinci qısa çəkib. Belə ki, Mark Markes 1.29.855 zaman nəticəsi ilə trasın dövrəvi rekordunu qırıb və yenidən zirvədə yer alıb. Banyaya isə son dəqiqələrdə 1.30.039 zaman nəticəsi ilə ikinci yerə yüksəlib.

Doqquzuncu döngəsə bu dəfə Yohan Zarko qəza edib və sarı bayraqlara səbəb olub.

Beləliklə, 1 saatlıq əsas sərbəst yürüşləri Mark Markes zirvədə bağlayıb. Fabio Kuartararo ikinci, Françeski Banyaya üçüncü olub.

Rauf Hacıyev

Şərh əlavə et