Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Hədəfim FİA-nın statusunu artırmaqdır

Əfsanəvi ralli sürücüsü Karlos Sayns bildirib ki, FİA-nın prezidentliyinə namizəd olmağı dəyərləndirir.

Kokpit.az bildirir ki, FİA-nın prezident seçkiləri 12 dekabrda Özbəkistanın paytaxtı Daşkənddə olacaq.

Keçmişdə Dünya Ralli Çempionatında iki dəfə Dünya Çempionu olmuş və hazırda Dakarda aktiv olaraq yarışan Karlos Sayns da prezidentlik üçün namizədliyini verməyə hazırlaşır.

Karlos Sayns: “Bu qərara təsir edən çox səbəb var. Bu idmanda 40 ildən çoxdur ki, sükan arxasındayam və avtoidman mənə hər şeyi verdi.

Prezidentlik uzun müddətdir ki, ağlımda idi, amma belə dərin düşünməmişdim. İndi isə karyeramda bu addımı atmaq üçün doğru zamanın olduğunu düşünürəm. İnanıram ki, yaxşı iş görərəm və yaxşı komanda quraram.

Bu idmanda illər ərzində çox yaxşı təcrübə topladım və avtoidmanı inkişaf etdirmək üçün maraqlı qərarlar təqdim edə bilərəm”.

Karlos Saynsın oğlu Karlos Sayns Jr hazırda Formula 1-də yarışır və Williams komandasının şərəfini qoruyur. Əksəriyyət bunun söz-söhbətlərə səbəb olacağını düşünür.

Lakin ispaniyalı əfsanəvi pilot bu fikirdə deyil: “Mənim keçmişim göz qabağındadır və insanlar məni çox yaxşı tanıyırlar. Bunun problem olmayacağını bilirlər.

Karlos artıq uşaq deyil. 10 ildir ki, Formula 1-də yarışır və bu layihəyə davam etsəm, aramızdakı mübasibət, əlbəttə, dəyişəcək. Amma FİA ciddi qurumdur və burada hər hansı mənfəət ola bilməz”.

Karlos Sayns bildirib ki, prezident seçilsə, onun ən böyük üstünlüyü keçmişdəki peşəkar yanaşması olacaq: “Hamı qurumu öz tərzi var və ən yaxşı hal adamdan adama dəyişir.

Mənim keçmişimə baxanda bunu görürsünüz: Bir şeyə köklənəndə onu peşəkar, ciddi və düzgün şəkildə edirəm”.

Son dövrlərdə Formula 1 ilə FİA-nın münasibətləri gərginləşib. Mohammed Ben Sulayem bir yarışın nəticəsinə təsir göstərmək iddiası ilə istintaqa cəlb olunub. Bundan başqa söyüş söyməyi yasaqladığı üçün bəzi seriyalardakı pilotlar FİA-nı boykot ediblər. Ən əsası isə Avtoidman Şurasına bəzi üzvlərin girişi yasaqlanıb. Bu da FİA-nın imicinə zərər vurub.

Lakin Sayns bu barərə danışmamağa üstünlük verib: “Son dövrlərdə bəzi mübahisələrin olduğu göz qabağındadır. Amma mən sadəcə özümə fokuslanmışam. Əgər namizəd olsam, heç kimlə dava etməyəcəyəm. Mənim əsas istəyim avtoidmana olan sevgimlə bəzi şeyləri yaxşılaşdırmaqdır.

Məncə, bu zaman, şəxsi və peşəkar cəhətdən mənim üçün doğru zaman ola bilər. Buna görə də bu ehtimalı dəyərləndirirəm.

Avtoidmanın digər tərəfində də olmuşam və insanları dinləməyin nə qədər vacib olduğunu bilirəm. Sürücülər, komandalar, azarkeşlər, təşkilatçılar, sponsotlar və istehsalçılar…

İnanıram ki, bu münasibəti axıcı və güclü hala gətirə biləcəm. FİA-nın gələcəkdə hamı tərəfindən hörmət görən və sevilən qurum olmasını istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et