Xəbəri Kokpitdə Oxuyun!

Karlos Sayns FİA prezidentliyi üçün namizəd olacaq?

Ralli və Dakar üzrə sabiq Dünya Çempionu Karlos Sayns FİA-nın prezidentliyi üçün namizəd olmağa hazırlaşır.

Kokpit.az bildirir ki, bəzi iddialara görə avtoidmanın bəzi önəmli simaları Karlos Saynsı Bem Sulayemə qarşı namizəd olması üçün razı salmağa çalışır. Əfsanəvi sürücü bu təklifi ciddi formada dəyərləndirir.

Ben Sulayem 2021-ci ilin sonunda Jan Todtu əvəz edərək, FİA-nın prezidenti seçilmişdi. Növbəti seçim 2025-ci ilin sonunda olacaq. Lakin hələ dəqiq tarix yoxdur.

Hazırkı prezident Ben Sulayem vəziyə gələndən çoxlu mübahisəki müzakirələrə yol açıb. FİA-dakı əksər idarəçilər vəzifəsindən gedib. Keçən ay isə FİA-nın vitse prezidenti Robert Rayd istefa verib. O, istefasına səbəb olaraq idarəçilik standartlarındakı təməl çöküşü və işə uyğun olmayan alınan vacib qərarları göstərib.

Fevral ayında isə FİA-nın bəzu üzvləri avtoidman şurasına alınmayıb, çünki onlar gizlilik müqaviləsinə imza atmayıblar. Bu üzvlərdən biri Robert Rayd, biri Britaniya təmsilçisi Devid Riçards olub.

Devid Riçards sonra bu barədə belə açıqlama vermişdi: “FİA-nın idarəçilik quruluşu getdikcə şəffad olmayan hala gəlir və bütün güc prezidentin əlinə keçir.

Bunu görməməzliyə vurmaq olmaz. Şəffaflıq və açıq müzakirə qəbul etməyən anlayışı qəbul etmirik”.

Ben Sulayem yalnız idarə heyəti ilə yox, sürücülərlə də problem yaşayıb. O, söyüşlü danışmağı yasaqladığı üçün ralli sürücüləri ingilis dilində intervyu verməyiblər və bu qərara etiraz ediblər.

Formula 1 pilotları isə FİA-ya məktub yazaraq, yetkin kimi rəftar istədiklərini deyiblər.

Rauf Hacıyev

Şərh əlavə et