Kokpit.az bildirir ki, fransız təmsilçisi bu qərarı sürücü heyətini dəyərləndirmək üçün alıb. Buna görə də növbəti Emiliya Romanya Qran Prisində Cek Duhəni argentinalı Franko Kolapintp əvəz edəcək. Dəyərləndirmə prosesi isə iyul ayındakı Britaniya Qran Prisindən əvvəl nəzərdən keçiriləcək. İlk 6 yarışda komandanın şərəfini qorumuş Cek Duhən isə bu müddət ərzində ehtiyat sürücü kimi işləyəcək.
Franko Kolapinto isə 43 nömrə ilə çıxış edəcək. O, İmola, Monako, İspaniya, Kanada və Avstriya yarışlarında Alpine üçün yarışacaq.
Alpine komandasının rəhbəri Flavio Briatore: “Mövsümün ilk yarışlarını təhlil etdikdən sonra növbəti beş yarışda Frankonu yarışdırmağa qərar verdik. Bu il mübarizə yüksək səviyyədədir və əlimizdə son 12 ayda inkişaf etmiş bir maşın var. Belə ortamda heyətimizi dəyişdirməli olduq. 2026-cı il komanda üçün vacib olacaq. Buna görə də bu il əlimizdə olan sürücüləri düzgün dəyərləndirməliyik. Bu gələnilki hədəflərimizi yaxşı formada müəyyən etmək üçün doğru addım olacaq.
Ceki dəstəkləməyə davam edirik. O, bu mövsüm peşəkar formada çıxış edib. Növbəti beş yarış fərqli şeylər sınamaq üçün əla fürsətdir. Daha sonra yenə dəyərləndirmə aparacağıq”.
Alpine komandasının yeni sürücüsü Franko Kolapinto isə yeni təyinatı barədə bunları deyib: “Bu beş yarışda mənə mübarizə şansı verdiyi komandaya çox təşəkkür edirəm. İmoladakı yarış və daha sonra gələn ardıcıl 3 Avropa yarışı çox gərgin və çətin olacaq. Ancaq buna hazıram. Simulyatordakı işlər və test proqramlarının hesabına yarış tempimi qorudum. Pyer ilə birlikdə əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.
Altı yarışdan sonra müvəqqəti olaraq əsas pilotluqdan uzaqlaşıdrılan Cek Duhən isə bu barədə belə danışıb: “Peşəkar Formula 1 pilotu olmaq mənim uşaqlıq xəyalım idi və bunu reallaşdırmağıma kömək etdikləri üçün komandama dərin təşəkkürlər edirəm. Əlbəttə, yarışmaq istəyən adam üçün bu proses heç də asan deyil. Buna baxmayaraq komandanın mənə olan inamına və dəstəyinə görə minnətdaram. Uzun müddətli hədəflərimiz var və bu proses ərzində əlimdən gələnin ən yaxşısını edəcəyəm. İndi isə başımı aşağı salıb işləyəcəyəm və növbəti 5 yarışı diqqətlə izləyəcəm. Öz hədəflərimin arxasınca getməyə davam edəcəyəm”.
Şərh əlavə et