Kokpit.az xatırladır ki, Oliver Ouks bu vəzifəyə keçən ilin iyul ayında gəlmiş və o Bruno Famini əvəz etmişdi. O, komandanın məsləhətçisi Flavio Briatore ilə birlikdə idarə heyətində idi.
Lakin 2025-ci il mövsümünün ilk 6 yarışından sonra Oliver vəzifəsindən istefa verib. Alpine komandası da bunu rəsmi olaraq təsdiqləyib. Komandanın müvəqqəti rəhbəri isə Flavio Briatore olacaq.
Alpine komandası verdiiy açıqlamada bunları bildirib: “Oliver Ouks Alpine komandasının rəhbəri vəzifəsindən istefa verdi. Komanda da bu istefanı dərhal qəbul etmişdir. Flavio Briatore məsləhətçi kimi işinə davam edəcək və Oliver Ouksun işlərini də aparacaq”.
Alpine komandası sonda 2024-cü ildəki altıncılığa görə Oliver Ouksa təşəkkür edib. Komandanın 2025-ci il mövsümünə zəif başlaması və nəticələrin gözləntiləri qarşılamaması bu ani ayrılığın səbəblərindən biri kimi göstərilir.
Bundan başqa digər iddialara görə Alpine komandası İmola Qran Prisindən etibarən Cek Duhənin əvəzinə Franko Kolapintonu yarışdırmağa hazırlaşır. Bu isə komandadaxilində daha böyük dəyişikliklərin olacağından xəbər verir.
Şərh əlavə et