Kokpit.az xatırladır ki, Britaniya komandası bu il ilk 6 yarışda azarkeşlərini məyus edib. Onlar Mayami yarışını ən geridə bitiriblər.
“Yaşıllar” hazırda 2026-cı ildən başlayacaq yeni texniki reqlamenti bir fürsət kimi görürlər. Ancaq Aston Martin buna baxmayaraq bu mövsüm də yaxşı nəticələr qazanmaq istəyir.
Komandanın rəhbəri Endi Kovell bu barədə belə danışıb: “İmolaya bəzi yeniliklər gətirəcəyik. Bunun doğru seçim olub-olmadığına baxmalıyıq. Amma Monako və Barselonada da bəzi yeniliklər olacaq.
Bunlardan bəzilər ön qanadların sərtliyi ilə əlaqəlidir. Barselonada başlayacaq texniki dəyişikliklərdən asılıdır.
2026-cı il üçün düşündüyümüz bəzi texnologiyaları 2025-ci ilin maşınında sınayacağıq. Gələcək üçün hazırladığımız şeylərin işləyib-işləmədiyini yarışda test edərək anlaya bilərik.
Bu maşını gələnilki detalları test etmək üçün istifadə edəcəyik. Hələ gənc komandayıq və indi böyük komandarın uzun illərdir ki, faydalandığı resurslardan istifadə etməyə başlayırıq”.
Şərh əlavə et