Xəbəri Kokpitdə Oxuyun!

Alpine Duhəni göndərir?

Britaniya mətbuatının yaydığı xəbərə görə Alpine komandası Cek Duhənə rəsmi olaraq yarışmayacağını deyib. 

Kokpit.az bildirir ki, son çıxan iddialara görə Cek Duhən İmola yarışından etibarən yarışmayacaq və onu Franko Kolapinto əvəz edəcək. Hətta artıq komanda rəhbərliyi ona bu barədə rəsmi olaraq məlumat verib. Avstraliyalı sürücü trasdan ayrılmadan əvvəl rəhbərlik sürücüyə Emiliya Romanyo Qran Prisində yarışmayacağını deyib. 

Cek Duhəni isə argentinalı sürücü Franko Kolapinto əvəz edəcək. Franko hazırda Alpine komandasında ehtiyat sürücüdür və keçən il Williams komandası ilə 8 yarışa çıxmışdı. O, bu il Formula 1-də yarışmaq üçün fürsət axtarır.

Ancaq Alpine komandası azarkeşlərini təəccübləndirməyə davam edir. Komanda mövsümün gedişatında estoniyalı sürücü Pol Eronu da yarışdırmağı planlaşdırır. Bu isə o deməkdir ki, Alpine komanda qalan 18 yarışda fərqli sürücülərin xidmətindən istifadə edə bilər.

Cek Duhənə gəldikdə isə komanda onunla yollarını tamamilə ayırmayacaq. Avstraliyalı sürücü Alpine-nin ehtiyat sürücüsü kimi işləyəcək və simulyatorda sürüşlər edərək, komandaya məlumat verəcək. Bundan başqa test yürüşlərində iştirak edəcək və lazım olanda yarışacaq.

Bütün bu iddialara baxmayaraq, Alpine komandasından hələ də rəsmi açıqlama gəlməyin. Lakin bu dəyişikliyin tezliklə icitimaiyyətə bildirilməsi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et