Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Ferrari ilə 8-ci olmaq məyus edir

Ferrari komandasının sürücüsü Şarl Lekler Mayamidəki sıralanma turunda səkkizinci olduğu üçün çox məyusdur.

Kokpit.az xatırladır ki, Mayami Qran Prisi monakolu sürücü üçün hələki çox pis keçir. O, əvvəlcə sprint yarışına başlamamış qəza edib və sprint yarışında iştirak edə bilməyib. Sıralanma turunda isə bir neçə səhv etdikdən sonra səkkizinci ola bilib.

Şarl Lekler: “Sıralanma turu bir az qəribə keçdi. Heç nə istədiyim kimi deyildi. Nəyə görə bilmirəm, maşınla uyğunlaşa bilmədim. Birinci sessiyadan son sessiyaya qədər maşının sazlanmalarını dəyişdirməli olduq. Bu halla həmişə qarşılaşmırıq.

Boliddə özümü yaxşı hiss etmədim. Ümumilikdə isə performansımız çox pis idi. Əlimdən gələnin ən yaxşısını etsəm də, sadəcə səkkizinci yeri tuta bildim. Ferrari sürdüyünüz zaman belə nəticə alırsınızsa, bu, məyusesicidir. Üstəlik önümdə iki Williams var. Hər hansı bir səhv buraxmadım. Yetərincə sürətimiz yoxdur. Reallıq bundan ibarətdir.

Bu həftəsonu performans olaraq çox geridəyik. Bu tras digərlərindən fərqlidir. Çoxlu aşağı sürətli döngələr var və hazırda belə döngələrdə çətinlik çəkirik”.

Rauf Hacıyev

Şərh əlavə et