Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli yarışa pit yolundan başlayacaq

Alpine komandasının sürücüsü Pyer Qasli Mayami Qran Prisinə pit yolundan başlayacaq. 

F-1.az bildirir ki, Alpine komandası yarışdan əvvəl qapalı parkda Pyer Qaslinin maşınına qaydaları pozan müdaxilə edib. Buna görəd ə fransalı sürücü yarışa start düzülüşündən yox, pit yolundan başlayacaq. 

Xatırladaq ki, fransalı sürücü sıralanma turunda 18-ci yeri tutaraq, birinci sessiyada ələnmişdi. Onun debütant komanda yoldaşı Cek Duhən isə 14-cü olmuş və bu mövsüm sıralanma turunda ilk dəfə Pyer Qaslini geridə qoymuşdu.  Lakin komanda bolidə müdaxilə etdiyi üçün Qasli yarışa pit yolundan başlayacaq.

Bundan sonra düzülüş də deyişib. Ləns Stroll və Oliver Berman startda bir pillə irəliləyiblər və yarışa müvafiq olaraq 18-ci və 19-cu yerlərdən başlayacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et