Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Mayamidəki sıralanma turunda dördüncü yeri tutub. O, pouldakı Maks Ferstappendə 0.171 saniyə geriəd qalıb.
Sıralanma turundan sonra jurnalistlərin suallarını cavablayan Oskar Piastri bunları deyib: “Bir az tempimi itirdim. Sıralanma turundakı ən yaxşı dövrəm ikinci sessiyadakı ilk cəhdim idi. Bəlkə də, zirvəyə çox tez çıxdım. Son sessiyada isə özümə gələ bilmədim. Əslində maşın yaxşı idi və daha yaxşı nəticəyə layiq idi, amma son sessiyadakı iki cəhdim də qeyri-stabil idi. Bu da mənə baha başa gəldi.
Ön tərəfdə komandalar çox yaxın kimi görübür. Sıralanma turunda rəqabətin necə sıx olduğunu gördük və yarışda qabağa getmək çətin olacaq. Hava da heç stabil görünmür. Buna görə də əlimizə fürsətlər düşə bilər. Yenə də işimiz asan olmayacaq.
Əlbəttə, sabah yarışda bacardığım qədər çox xal toplamağa çalışacağam. Hazırda çempionluq barədə düşünmək üçün çox tezdir. Yarışda bacardığım qədər qabağa getmək istəyirəm, amma vacib olan çox yaxşı nəticə qazanmaqdır”.
Şərh əlavə et