Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Özümü təkmilləşdirdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen Mayami Qran Prisinin sıralanma turunda poul aldığı üçün sevinclidir. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü 1.26.204 zaman nəticəsi ilə poul qazanıb. O, ən yaxın rəqibi Lando Norrisi 0.065 saniyə qabaqlayıb. 

Maks Ferstappen: “Sıralanma turu əla keçdi. Bolidi az da olsa, təkmilləşdirdik. Buna görə də bolidi bir az daha yaxşı döndərə bildik. Sözün açığı birinci, ikinci və üçüncü sessiyada atdığımız dövrələrdə özümü inkişaf etdirdim. Limiti bir az da sona qədər istifadə etməyə çalışdım. Son cəhdimdə birinci döngədə bir problem oldu. Buna görə də vaxt itirdim.Bu trasda bir dövrə vuran zaman tələrlərlə işləmək çox qarışıq olur. Yenə də hər şey yaxşı getdi və poul qazanmaq doğrudan da çox gözəldir.

Yarış tempimizdən əmin deyiləm. Havanın necə olacağını gözləyib görməliyik. Start üçün ən yaxşı yerdəyik. Bu həmişə yaxşı haldır. Amma yarışlarda həmişə fərqli hekayələr yaşanır. Sabah əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et