Xəbəri Kokpitdə Oxuyun!

L.Norris Ferstappeni tərifləyib

McLaren komandasının sürücüsü Lando Norris rəqibi Maks Ferstappeni təbrik edib. 

Kokpit.az xatırladır ki, Maks Ferstappen yaxşı dövrə vuraraq, poul qazanıb. Lando Norris isə ondan 0.065 saniyə geridə qalaraq, ikinci olub. 

Britaniyalı sürücü sıralanma turundan sonra verdiyi müsahibədə rəqibini tərifləyib: “Əvvəlcə Maksı təbrik edirəm. Xüsusən də ata olduğu üçün. Sözün açığı düşünürdüm ki, bu hal onun tempini aşağı salar.

Bu gündən razıyam. Boliddəki inşafdan məmnunam. Sabahkı yarışı səbirsizliklə gözləyirəm.  Maks yenə klassik olaraq gözəl dövrə vurdu və ona heç bir söz deyə bilmərəm”.

Lando Norris 17-ci döngədə etdiyi kiçik səhv barədə də danışıb: “Heyif ki “bunu etsəydim, belə olardı” deməklə işlər getmir. Maksimum performansımı göstərə bilməsəm də, tempimiz var idi. Bu həftəsonu boliddə özümü əvvəlki yarışlara nisbətən yaxşı hiss etdim.

Sabah birinci döngədə nələr edə biləcəyimizi görmək üçün səbirsizlənirəm. Mayami hava cəhətdən surprizlərlə doludur. Buna görə də hər şeyə hazıram”.

Rauf Hacıyev

Şərh əlavə et