Kokpit.az xatırladlr ki, britaniyalı sürücü sprint sıralanma turunda yeddinci yeri tutsa da, sprint yarışını düzgün taktika ilə üçüncü yerdə bitirmişdi.
Buna görə də əsas sıralanma turu üçün yeddiqat Dünya Çempionundan gözləntilər artmışdı. Lakin Lyuis üçün işlər qaydasında getməyib və o, ikinci sessiyada ələnərək, mübarizəni dayandlrıb.
Lyuis Həmilton: “Sınamağa davam edəcəyik. Hələ 6 yarış keçirmişik, amma ciddi formada çətinlik çəkirik.
Sazlanmaları çox dəyişdirməməyə çalışırıq, amma nə ediriksə, bolid yenə qeyri-stabil olur.
Əyləclərlə və balansla bağlı problemlərimiz var və ümumi olaraq tempimiz çox zəifdir. Son sessiyaya qalmaq bizim üçün çox çətindir.
Geriyə düşəndə xal qazanmaq doğrudan da çətinləşir. Yarışda bizi sıx mübarizə gözləyir. Yenidən bəxtimizi sınayacağıq.
Gələn həftə bazaya qayıdacağam və işləməyə davam edəcəyəm”.
Şərh əlavə et