Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Özümə gəldim

Mercedes komandasının sürücüsü Mayami Qran Prisinin sıralanma turunda üçüncü olduğu üçün sevinclidir. 

Kokpit.az xatırladır ki, italyan sürücü Mayamidəki sprint yarışına pouldan başlasa da, startda 4-cü yerə geriləmiş və daha sonra pit yolunda Maks Ferstappenlə insident yaşayaraq, əlavə pit-stop etməli olmuş, buna görə də yarışı 10-cu yerdə bitirmişdi.

Buna baxmayaraq debütant pilot ruhdan düşməyib və Mayamidəki əsas sıralanma turunda üçüncü olaraq güclü bir gerdönüş edib. O, sessiya ərzində təmiz dövrələr vurmağa çətinlik çəksə də, son cəhdində yaxşı performans göstərərək, üçüncü yeri tutub.

Kimi Antonelli: “Bu həftəsonu hələki yaxşı gedir. Sprint yarışında bir az məyus oldum, amma özümə gəldim və bu gözəl oldu. Sıralanma turunda bir az çətinlik çəkdim və dünənki kimi təmiz dövrələr vura bilmədim. Lakin son cəhdim çox yaxşı idi. Birinci döngədə bir az acgözlük etsəm də, qalan hissələr çox yaxşı idi və nəticədən razıyam.

Aradakı fərqlər çox azdır. Bir neçə millisaniyə qazanaraq, sıralanma turunda önə keçmək mümkündür. Doğrudan da hər şeyi bir araya gətirmək lazımdır. İndiyə qədər bunu edə bilirəm. Ümid edirəm ki, yarışımız da yaxşı keçər”.

Rauf Hacıyev

Şərh əlavə et