Kokpit.az xatırladır ki, fransalı sürücü Mayamidəki sıralanma turunda 9-cu yeri tutub.
Esteban Okon: “Məncə, indiyə kimi keçirdiyimiz ən yaxşı sıralanma turu idi. Sprintdə yaşadığımız problemləri həll etmək üçün çoxlu sazlanmalar dəyişdik və bolidi tamamilə fərqli hala gətirdik.
Sprint yarışı doğrudan da çətin idi. Boliddə bir neçə problem yaşadıq, amma bunların çoxunu dəf etdik. Yenə də həll etməli olduğumuz problemlər var.
Amma düzünü desəm, əlimizdəki potensialı tamamilə istifadə etdik. Bu nəticə son dövrlərdəki çətin zamanlardan sonra bizə yaxşı əhval verdi.
Mühəndislərim yaxşı işlədilər. Sıralanma turundakı performansa görə qürur duya bilərlər. Bolidin performans göstərdiyi sazlanma aralığı dardır. Eyni sazlanmada olan iki maşın fərqli nəticə əldə edə bilir. Bu qeyri-stabilliyi aradan qaldırmaq üçün növbəti yarışlarda bəzi planlarımız olacaq”.
Şərh əlavə et