Kokpit.az xatırladır ki, Mayami trasındakı sıralanma turu britaniyalı sürücü üçün heç də yaxşı keçmıyib. O, son sessiyaya son anda qala bilib. Üçüncü sessiyadakı son cəhdində isə pouldakı Maks Ferstappendən 0.2 saniyə geri qalsa da, beşinci olub.
Corcun komanda yoldaşı Kimi isə üçüncü yeri tutub. Bununla da Rassell mövsümdə ilk dəfə sıralanma turunda komanda yoldaşına uduzub.
Corc Rassell sıralanma turundan sonra bildirib ki, bolidlə olan uyğunluğu tamamilə itib: “Düzünü desəm sıralanma turunda doğrudan da çətinlik çəkdim. Bu həftəsonu heç nə öz relsində getmədi.
Bu mövsüm sıralanma turunda güclü olsam da, burada işlər qaydasında getmədi.
Kimi inanılmaz işlər görür. Builki ən pis sıralanma turum olsa da, bundan pis nəticə də ala bilərdim. Poul nəticəsinə bu qədər yaxın olmağım məni doğrudan da təəccübləndirdi, çünki boliddə özümü yaxşı hiss etmirdim. Özümə inamım yox idi. Potensialıma çata bilmədim. Belə günlərdə zərəri minimuma endirmək çox vacibdir. Buna görə də beşinci yer heç də pis nəticə deyil.
Sürüş tərzinizdən asılı olaraq təkərlər bir az fərqli davrana bilər. Kimi həftəsonu başlayandan çox güclüdür. Mən isə geriyə doğru addım atdım.
Bu mövsün işə yarayan şeylər burada işləmədi. Sprint həftəsonuna geridən başlayanda işiniz çətinləşir.
İkinci sektorda bolidin ön tərəfi heç vaxt mənə inam vermədi. İlk dörd komanda arasında təkərləri ən çox qızdıran bizik. Vahid dövrədə fərq az olsa da, yarışda bu fərqin artmasını gözləyirəm”.
Şərh əlavə et