Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Mayamidəki sprint sıralanma turunun birinci sessiyasında 18-ci yeri tutaraq mübarizəni dayandırıb.
Yuki Tsunoda: “Ağıllının biri pitdən çıxdı və dövrəmi ləğv etməli oldum. Bir neçə maşın sürətli dövrəvi məhv etdi.
Hər şey elə iık cəhddə bitdi. Son döngədə də təkərləri blokladım. Ancaq onu deyim ki, dövrəm elə ilk döngədən sonra bitmişdi, çünki pit çıxışında önümdə bir rəqibim var idi.
Əlimdən gələni etdim. Nə etməyimi gözləyirsiniz? Önümdə bir neçə maşın var idi. Kommunikasiya da çox zəif idi. Ümumi danışsaq, düz-əməlli sessiya keçirə bilmədim.
Bəli. Sprint yarışına çox geridən başlayıram. Lakin əlimdən gələnin ən yaxşısını edəcəyəm. Bu trasda hər şey ola bilər. Buna görə də pozitiv olacağıam və əlimdən gələni edəcəyəm”.
Şərh əlavə et