Kokpit.az xatırladır ki, Mayami Qran Prisinin sprint sıralanma turu Ferrari üçün yaxşı keçməyib. Şarl Lekler altıncı, Lyuis Həmilton isə yeddinci yeri tutub. Sıralanma turundan sonra monakolu sürücü narazılığını gizlətməyib.
Şarl Lekler sprint sıralanma turundan sonra Ferrari-nin performansı barədə tənqidi açıqlamalar verib: “Çox pis. Dövrəm yaxşı idi, amma maşının sürəti yoxdur. Bu da bir az əsəbpozucudur. Amma vəziyyət hazırda belədir.
Sabah startda xüsusi bir şey sınayacağam. Amma düzünü desəm, bu gün çox inkişaf sahəmiz yox idi. Bolidin hazırkı tempi budur.
Zəif olduğumuz xüsusi bir döngə yoxdur. Düzdür, aşağı sürətli döngələrdə daha çox çətinlik çəkirik, amma bu yarışdan-yarışa dəyişir. Ümumi olaraq vəziyyət yaxşı deyil”.
Şərh əlavə et