Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Yarışmaq qəddar işdir

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, uzun müddət lider getdiyi yarışı ikinci bitirdiyi üçün məyusdur. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa ikinci yerdən başlasa da, startda Kimi Antonellini keçərək, liderliyə yüksəlib. O, 10 dövrə ərzində yarışda lider gedib. Lakin Alonsonun qəzası zamanı pitə girən Lando Norris trasa Piastrinin önündə qayıdıb və Mayamidəki sprint yarışını qazanıb. 

Yarışdan sonra müsahibə verən Oskar Piastri nəticədən narazı qalsa da, performansına görə qürurlu olduğunu deyib: “Yarışda demək olar ki, hər şeyi düzgün etdim. İkinci yeri tutmaq bir az məyusedici olsa da, bəzən işlər belə gətirir. Yarışmaq doğrudan da qəddar işdir. Ümid edirəm ki, bu bizə bugünkü əsas sıralanma turunda və sabahkı yarışda bir az şans gətirər. Yenə də yaxşı start aldım və bu dəfə sərt mübarizə aparmalı oldum. Gördüyüm işdən razıyam”.

Rauf Hacıyev

Şərh əlavə et