Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Qələbə şansım var

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, ikinci yerdən razıdır.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Mayami Qran Prisinin əsas favoritlərindən biri sayılır və o, birinci sərbəst yürüşlərdə hamıdan sürətli olmuşdu. Lakin sprint sıralanma turunda Oskar Kimi Antonellidən 0.045 saniyə geridə qalıb və ikinciliyə razı olub.

Oskar Piastri: “Əslində çox sevincliyəm. Əlbəttə, həyatımın ən yaxşı dövrəsi deyildi. Son döngədə təkəri blokladım. Böyük ehtimalla poulu orada itirdim, amma ikinci yer də yaxşı nəticədir. İkinci yerdən başlayıb, sprint yarışında qələbə uğrunda mübarizə apara bilərik. Buna görə də nəticədən razıyam.

Ümid edirəm ki, bir az da potensialımız var. Sprint yarışında bir yer qazanıb, əsas yarışa köklənməyə çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et