Kokpit.az xatırladır ki, niderlandlı sürücü rəqabətədavamlı görünsə də, somda dördüncülüklə razılaşmalı olub. O, pouldakı Kimi Antonellidən 0.255 saniyə geridə qalıb.
Maks Ferstappen: “Məncə, üçüncü sessiyada əla iş gördük. Təkərlər çox yaxşı dözdü. Amma təəssüf ki, birinci sərbəst yürüşlərdən etibarən maşında ciddi formada öndən sürüşmə var idi. Bu problem bu trasda çox vaxt itizdirir.
Dördüncü yer pis deyil. Əlbəttə, bu yerdən razı deyiləm, amma indiki vəziyyətimizdə realist olmalıyıq.
Sprint həftəsində proqnoz vermək çox çətindir, çünki yarış tempi məlumatımız demək olar ki, heç yoxdur. Amma öz hisslərimə görə danışsam, bolidin balansı yaxşı deyildi və isti havada işimiz çətin olacaq. Buna baxmayaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Şərh əlavə et