Kokpit.az xatırladır ki, bu mövsüm gözləntiləri qarşılaya bilməyən britaniyalı sürücü Mayami Qran Prisinin sprint sıralanma turunda yeddinci yeri olub.
Ümumilikdə isə Mayami Qran Prisinin sprint sıralanma turu Ferrari üçün yaxşı keçməyib. Şarl Lekler altıncı, Lyuis Həmilton isə yeddinci yeri tutublar
Lyuis Həmilton: “Birinci sərbəst yürüşlərdə maşın bir az yaxşı idi. Amma hələ də tempimiz yoxdur. İşləməyə davam edəcəyik.
Sprint yarışında öndəki rəqiblərimizi keçəcəyimizə inanmıram. Önümüzdəki bütün maşınlar bizdən güclüdürlər. Başqa nə deyim bilmirəm.
İnkişaf üçün həmişə ideyalar olur. Lakin onların doğru ideyalar olub-olmadığını bilmirik. Qətiliklə çıxarılacaq dərslər var: sazlanma dəyişiklikləri, bolidin necə davranması… Tempimizi artırmaq üçün görüləsi işlər var”.
Şərh əlavə et