Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Qumarımız tutdu

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Mayamidəki sprint yarışında üçüncü olduğu üçün sevinclidir. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü sprint sıralanma turunda yeddinci olduqdan sonra ümidsiz idi. Lakin sprint yarışından əvvəl yağan yağış hər şeyi dəyişib. Əvvəlcə Şarl Lekler düzülüşə gələn zaman qəza edib və sıradan çıxıb. 

Yarışda isə Lyuis quruyan trasda hamıdan əvvəl pitə gələrək, keçid təkərlərini Soft təkərlərə dəyişdirib. Bu risk yeddiqat Dünya Çempionuna sprint yarışında üçüncü yeri gətirib.

Lyuis Həmilton: “Bu nəticəyə görə çox sevincliyəm. Mayamidə yağış yağacağını heç vaxt düşünməzdim. Burada bütün sürücülər ilk dəfə yaş trasda yarışa çıxdılar. Bu şərait bizim yarışımızı möhtəşəm etdi.

Sözün açığı keçid təkərlərində çox çətinlik çəkirdim. Məncə, hamı çətinlik çəkirdi. Buna görə də pitə girərək, qumar oynadıq və qarşılığını aldıq.

Kaş bir neçə dövrə də olardı və bir az da mübarizə apara bilsəydim. Həmişəki kimi McLaren-i təbrik edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et