Kokpit.az xatırladır ki, italyan sürücü Mayami Qran Prisinin sprint sıralanma turunda 1.26.482 zaman nəticəsi göstərərək, poul qazanıb. Bununla da 18 yaşlı sürücü Formula 1 tarixinin ən gənc sprint poulu qazanan pilotu olub.
Kimi Antonelli: “Sıralanma turu çox gərgin keçdi. Sərbəst yürüşlərdən etibarən özümü çox yaxşı hiss edirdim. Sıralanma turuna başlayanda isə özümə inamım var idi.
Atdığım son dövrə çox gözəl idi. Hər şeyi bir araya gətirdim. İlk poulumu qazandığım üçün doğrudan da sevincliyəm.
Sabah birinci yerdən başlamaq gözəl olacaq. Bir az fərqli hissdir, amma sprint yarışında və əsas sıralanma turunda necə nəticə alacağım mənə maraqlıdır”.
Şərh əlavə et