Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Bu surpriz oldu

Aston Martin komandasının sürücüsü Fernando Alonso sprint sıralanma turunda son sessiyaya qaldığı üçün sevinir.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Mayamidəki sprint sıralanma turunda son sessiyaya qalıb və 10-cu yeri tutub. Bununla da Aston Martin bu mövsüm ilk dəfə sıralanma turunda son sessiyaya yüksəlib.

Fernando Alonso sıralanma turundan sonra sevincini gizlətməyib: “İlk onluğa qalmaq bizim üçün bir az surpriz oldu. Bu gözəl və xoş hissdir. Amma boliddə özümü yaxşı hiss etmədim.

Hələ balansda bir az çətinlik çəkirik və bolidi anlamağa çalışırıq. Yəni ki, maşından həmişə eyni reaksiyanı ala bilmirik. Stabil deyil. Ancaq ümumi götürsək, bizim üçün çox yaxşı bir gün oldu. Bu il ilk dəfə son sessiyaya qaldıq. Ümid edirəm ki, bu tempi sabaha daşıya bilərik.

Sprint yarışı ilə bağlı proqnoz vermək çətindir. Sadəcə 8 sürücü xal alacaq və hazırda 8-ci yerdəki sürücü bizdən 0.7 saniyə sürətlidir. Yəni biz onlardan çox geri qalırıq. Lakin əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et