Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Həmiltondan çox şey öyrəndik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, onlar Lyuis Həmiltondan çox şey öyrəniblər.

Kokpit.az xatırladır ki, Ferrari mövsümə arzuolunan formada başlamayıb. Onlar 5 yarışın sadəcə 1-də podiuma yüksəliblər. Çin yarışında isə iki sürücü ilə də diskvalifikasiya olunublar.

Şarl Lekler: “Ferrari-də yeddinci mövsümümdür və bolidlə təbii uyğunluq tapmışam, amma bu il çox fərqli sazlanmalar sınayırıq. Bolidə öyrəşmək üçün bir neçə yarış lazımdır. İndiyə kimi nəticələr yaxşıdır, amma hər yarışda yaxşı olacağına təminat yoxdur.

Ciddədə pit-stopa qədər olan tempimiz bizi çox təəccübləndirdi. Əgər təkər yeyilməsi azdırsa, bu sizə üstünlük qazandıra bilər. Amma bunu hər trasda etmək mümkün deyil.

Lyuisi komandada görmək əladır. Uzun illərdir etdiyimiz şeyləri yenidən sorğulamaq və yeni baxış bucağı gətirmək çox vacibdir. Ondan çox şey öyrəndik. Lyuis hələ də öyrəşmə prosesindədir. Mən isə o maşına əvvəlki mövsümlərdən öyrəşmişəm. Onun məlumatlarından faydalanırıq”.

Monako yarışında bu il iki icbari pit-stop olacaq. Lekler bu barədə də danışıb: “Yarışa bir az ədviyyat qatacaq. Keçən il tətbiq edilmədiyi üçün sevinirəm, çünki onda işlər qarışa bilərdi. Amma strateji cəhətdən maraqlı olacaq”.

Lekler sonda Coolsuit sistemindən də danışıb: “Coolsuit sistemi çox effektivdir, amma xarab olsa, maye həddən artıq çox qızır. Buna görə də onun istifadəsinə əmin deyiləm”.

Rauf Hacıyev

Şərh əlavə et