Kokpit.az bildirir ki, Red Bull komandası ilk beş yarışda pis təsir bağışlamasa da, asfaltla ilişmədə balanssızlıq və təkər yeyilməsi problemi yaşayıb. Komanda bu yönlərinə görə McLaren komandasından çox geridə qalıb.
Red Bull bu problemi həll etmək üçün Mayami Qran Prisində RB21-in altlığında bəzi dəyişikliklər edib. Altlıqdakı qanadların yerləri dəyişdirilib. Bundan başqa altlığın kənarındakı qanaq quruluşu yenidən yığılıb.
McLaren və Ferrari Mayamiyə heç bir yenilik gətirməyiblər.
Mercedes komandası isə bu həftəsonu üçün yeni arxa qanad paketi gətirib. Bu paketdə üst qanadcıq daha az əyilməyə malikdir və bunun hesabına aerodinamik sürtünmə azaldılacaq. Bununla da W16-nın sürətinin iki DRS zonasında da artırılması hədəflənir.
Aston Martin komandası da ön və arxa qanadı əhatə edən yeni paket gətirib. Ön qanaddakı profillərin aqressivliyi azaldılıb və bununla da asfaltayatma qüvvəsi azaldılıb və arxa qanaddakı dəyişikliklərlə balanslaşdırılıb.
Buna əlavə olaraq tarazlayıcı qanad üst qanadla işləyərək sürtünməni azaltmağa kömək edəcək.
Williams komandası da yeni tarazlaşdırılmış qanad hesabına sürtünməni azaltmaq istəyir.
Alpine komandası ön əyləc kanallarını və ön asılqan linklərini dəyişdirərək, bu zonadakı hava axışını və əyləc soyutmasını artırmağa çalışacaq.
Sauber komandası isə aerodinamik faydanı artırmaq üçün ön asılqandakı örtükləri dəyişib.
- McLaren: –
- Ferrari: –
- Red Bull: altlıq çəpəri, altlıq kənarı
- Mercedes: arxa qanad
- Aston Martin: ön qanad, arxa qanad, tarazlayıcı qanad
- Alpine: ön əyləc hava kanalı, ön asılqan
- Haas: –
- Racing Bulls: –
- Williams: tarazlayıcı qanad
- Sauber: ön asılqan
Şərh əlavə et