Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Tənqidlərə fikir vermirəm

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeni komandasına öyrəşmək üçün aylar lazımdər və onun tənqidlərə ayıracaq vaxtı yoxdur.

Kokpit.az xatırladır ki, britaniyalı sürüxü üçün vəziyyət heç də ürəkaçan deyil. O, bu mövsüm heç bir yarışı komanda yoldaşı Şarl Leklerin önündə bitirə bilməyib. Sıralanma turunda isə hesab 4-1 monakolu sürücünün xeyrinədir. Buna görə də əksəriyyət onu tənqid atəşinə tutub və düşünürlər ki, Lyuis artıq təqaüdə çıxmalıdır.

Lyuis Həmilton: “Tənqidləri o dəqiqə unuduram. Bu barədə doğrudan da heç düşünmürəm. Doğrudan da nələrin baş verdiyindən xəbərdar olmayan insanlara köklənməməyə çalışıram. Mənim yerimdə olmayan insanların tənqidlərinə baş qoşa bilmərəm.

Buna görə də başımı aşağı əyib, işləməyə davam edirəm və gördüyüm işdən həzz almağa çalışıram.

Mayamidə əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bu həftə maşında yeniliyimiz yoxdur, amma maşını ən yaxşı vəziyyətə gətirməyə çalışırıq. Şarl son yarışda əla performans göstərdi və maşının potensialını üzə çıxardı. Buna görə də hədəfimiz yenə də yaxşı nəticə qazanmaq olacaq.

Ciddədən bəri simulyatorda yaxşı işlər gördük. Bəzi sazlanmalar etdik və bu həftəsonu necə işləyəcəyini görəcəyik.

Yeni insanlarla işləmək həmişə çətin olub. Hazırda bir yerdə işlədiyim mühəndislər daha əvvəl fərqli pilota maşın sazlayırdılar. Mən də fərqli sürüş tərzinə öyrəşmişəm. Amma öyrəşmə müddəti nə qədər davam edər bilmirəm. Bu prosesi qısaltmaq üçün əlimizdən gələnin ən yaxşısını edirik və bəlkə gözlədiyimizdən çox çəkər”.

Rauf Hacıyev

Şərh əlavə et