Xəbəri Kokpitdə Oxuyun!

Sauber xüsusi rəng çaları təqdim edib

Sauber komandası bu həftəsonu Mayami Qran Prisi üçün hazırladığı xüsusi rəng çalarını təqdim edib. 

Kokpit.az bildirir ki, isveçrəli komanda bu konseptin adını şokedici sənət qoyub və bu rəng çaları indidən hamının diqqətini cəlb edib. Komandanın sürücüləri Niko Hülkenberq və Qabriel Bortoleto bu xüsusi rəng çalarına uyğun kombinezon geyinəcəklər. Eyni rəng çalarlı paltarları komandanın mexanikləri və mühəndisləri də geyinəcəklər.

Sauber komandasının kommersiya rəhbəri Stefano Battiston bu barədə belə danışıb: “Bu sadəcə maşın dizaynı deyil, eyni zamanda Mayaminin yaradıcı ruhuna tərif və idmanı heyranlarımız üçün daha da həyəcanlı hala gətirməyin qərarlılığıdır.

Stake ilə birlikdə bu rəng çalarını yığanda əsas məqsədimiz yalnız tras üzərindəki qərarlığımızla yox, tras xaricindəki cəsarətimiz və yaradıcığılımızla fərqlənmək idi. Komanda olaraq unudulmaz anlarımız var. Yaxşı təcrübələr yaratmağa köklənmişik. Bu xüsusi dizayn da buna gözəl misaldır”.

Mayamidə fərqlilik edən tək komanda Sauber deyil. Ferrari və Racing Bulls komandaları da okeanın o tayına xüsusi rəng çaları ilə gediblər. Mercedes isə bu həftəsonu xüsusi geyim kolleksiyasından istifadə edəcək.

Rauf Hacıyev

Şərh əlavə et