Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen mətbuat konfransına qatılmayacaq

Maks Ferstappen və Kelli Pike uşaq gözlədiyi üçün Mayamidəki mətbuat konfransında iştirak etməyəcək.

Kokpit.az bildirir ki, sürücülərin ciddi problemləri olduqda bu mətbuat konfransını qaçırırlar. Red Bull komandası da Maks Ferstappenin iştirak etməmə səbəbi kimi onun uşağının doğulmasını göstərib. Lakin Kelli Pikenin uşaq dünyaya gətirib-gətirmədiyi hələ məlum deyil.

Britaniya mətbuatı bildirib ki, Maks Ferstappen sabah Mayamidəki sərbəst yürüşlərə və sprint sıralanma turuna qatılacaq.

Red Bull bu barədə belə açıqlama verib: “Maks uşaq gözlədiyi üçün Mayamidəki Media gününə qatılmayacaq. Hazırda hər şey qaydasındadır və gözlənildiyi kimi yarış həftəsonunda trasda olacaq. Maks və ailəsinin şəxsi həyatına görə başqa açıqlama verməyəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et