Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-nin rəng çaları bəyənilməyib

Ferrari komandası HP ilə tərəfdaşlığının ildönümünü qeyd etmək üçün xüsusi rəng çaları hazırlasa da, bu, azarkeşlər tərəfindən yaxşı qarşlanmayıb.

Kokpit.az xatırladır ki, Ferrari bu rəng çalarında ənənəvi qırmızı rəngi qoruyub, amma arxa tərəf HP-nin mavi-ağ rənglərinə boyanıb. Bu rəng çalarının ən diqqət cəlb edən tərəfi isə Ferrari tarixində ilk dəfə asimetrik qrafiklərdən istifadə olunmasıdır. Ön və arxa qanadlar HP-nin elektrik mavi rənginə, təkər diskləri isə ağ rəngə boyanıb. Ferrari bildirib ki, bu rəng çaları texnologiya və yaradıcılığı əks etdirir.

Ferrari bu rəng çalarının sadəcə görüntü dəyişikliyi olmadığını, iki brendin texnoloji sərhədləri aşan ortaq işinin simvolu olduğunu deyib.

Lakin azarkeşlər bu rəng çalarını bəyənməyiblər. Şərhlər isə belə olub – “Mavi maşın düzəldin, qorxmayın”, “Bu Visa Cash App Scuderia Ferrari komandasıdır”, “Elə bil iki fərqli maşını birləşdiriblər. Heç uyğun deyil”.

Ferrari Mayamidə yaxşı nəticə qazanaraq bu tənqdidləri unutdurmağa çalışacaq.

Rauf Hacıyev

Şərh əlavə et