Kokpit.az bildirir ki, bəzi dedi-qodulara görə amerikan təmsilçisi Serxio Pereslə artıq müqavilə bağlayıb və Mayami Qran Prisində bu tərəfdaşlıq rəsmi olaraq açıqlanacaq.
Cadillac Mayamidə xüsusi təqdimat keçirəcək. Serxio Peres də şəxsi təyyarəsi ilə Mayamiyə gəlib. Amerikan komandasının Çekonu elə həmin təqdimatda açıqlaması gözlənilir.
Qeyd edək ki, Serxio Peres 2011-2024-cü illərdə Formula 1-də çıxış edib. O, bu müddət ərzində Sauber, McLaren, Force İndia, Racing Point və Red Bull komandalarında yarışıb və aldığı 281 startın 6-nı qələbəyə çevirib.
Cadillac komandası isə gələn il 11-ci komanda olaraq Formula 1-ə qatılacaq. Onların ilk mövsümlərdə Ferrari motorlarından istifadə etməsi, 2028 ya da 2029-cu illərdə isə öz motorlarına keçməsi gözlənilir.
Şərh əlavə et