Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Puma ilə xüsusi kolleksiya hazırlayıb

Ferrari komandasının pilotları Lyuis Həmilton və Şarl Lekler bu həftəsonu keçiriləcək Mayami Qran Prisində tamamilə ağ kombinezonlarla yarışacaqlar.

Kokpit.az xatırladır ki, Ferrari artıq bir neçə ildir ki, Puma ilə xüsusi kolleksiyalar düzədir. Ancaq bu dəfə Ferrari pilotları ağ rəngi seçiblər və komandanın tarixində ağ kombinezon ilə yarışmış sürücülərin siyahısına qatılacaqlar.

Ferrari komandasında ilk dəfə ağ kombinezonla Codi Şekter yarışmışdı. O, şəxsi sponsoru olan Brooklyn saqqızlarının mavi və ağ rənglərinə görə bu seçimi etmişdi.

Codi Şekter həmin il (1979) Belçika və Monakoda yarışlar qazanmış və Ferrari-nin tarixində ağ kombinezonla yarış qazanmış ilk sürücü olmuşdu. Onun komanda yoldaşı Jil Vilnöv isə o mövsüm sadəcə ağ rəngdə istehsal olunan və yanmayan Simpson Nomex kombinezonunu geyinmiş və ağappaq kombinezon geyinən ilk sürücü olmuşdu. Vilnöv bu ağ kombinezonundakı ilk yarışda podiuma çıxmışdı. Şekter dğ mövsümün qalan yarışlarında bu kombinezondan istifadə etməyə başlamışdı. Bu iki sürücü 1979-cu ildə Ferrari-yə titul qazandırmışdılar.

Ferrari növbəti 3 mövsümdə də bu kombinezonlardan istifadə etmişdi. 1981-ci ildə Şekteri Didye Pironi əvəz etmişdi. 1982-ci ildə isə Vilnövün ölümündən sonra komandaya Patrik Tembi gəlmişdi. Mövsümün son iki yarışında isə Pironinin əvəzində Mario Andretti yarışmışdı.

1983-cü ildə italyan komandası yenidən qırmızı formaya qayıtmışdı. Bir də 1995-ci ildə Mixael Şumaxer Ferrari-yə rəsmi olaraq keçməmişdəm əvvəl testlərdə loqotipsiz tamamilə ağ kombinezondan istifadə etmişdi. Almaniyalı sürücü daha sonra Ferrari-də qırmızı və ağ sponsorlu kombinezonlarla çıxış etmişdi.

2010-cu ildə Fernando Alonso Ferrari-yə gəldikdən sonra kombinezonda ağ rəngli sponsorlar çoxalmışdı.

Son olaraq isə 2023-cü ilin Monako Qran Prisində Şarl Lekler üçün Monako bayrağını əks etdirəm kombinezon düzəldilmişdi. O yarışda komandanın digər sürücüsü Karlos Sayns klassik qırmızı kombinezonla yarışmışdı.

İndi isə Ferrari və Puma tamamilə ağ olan yarış kombinezonunu və xüsusi Formula 1 geyim kolleksiyasını təqdim edib.

Puma şirkəti bu kolleksiya üçün bunları deyib: “Yeni kolleksiya yarış trasının enerjisi ilə futbol dəbinin cəlbediciliyini birləşdirir”.

Şarl Lekler və Lyuis Həmilton bu xüsusi kolleksiyanın bir hissəsi olan White Miami Limited Edition geyimini, xüsusi ağ Puma yarış kombinezonunu, əlcəkləri və Speedcat Pro yarış ayaqqabılarını geyinəcəklər.

Məhdud sayda istehsal ediləcək bu xüsusi kolleksiyanı Ferrari və Puma mağazalarından, Puma.comstore.ferrari.com saytından ala bilərsiniz.

Rauf Hacıyev

Şərh əlavə et