Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton çox bədbindir

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Mayami Qran Prisinin çətin keçəcəyini düşünür.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Səudiyyə Ərəbistanı yarışında Şarl Leklerdən 30 saniyə geridə qalıb. Ümumilikdə isə Çindəki sprint yarışını saymasaq, Yeddiqat Dünya Çempionu Ferrari-də çox pis çıxış edir.

Lyuis Həmilton: “Mayamidə də çətinlik çəkəcəyimi gözləyirəm. Bu problemlərin nə qədər davam edəcəyini bilmirəm, amma qətiliklə deyirəm ki, çox pis vəziyyətdir.

Hazırda ortada həll yolu yoxdur. Yəni ilin geridə qalan hissəsi də belə keçə bilər.

Lekler bu maşını uzun illərdir sürür və buna görə də çox yaxşı tanıyır. Məlumatlarda çox şey açıq-aydın görünür. Yəni düzünü desəm, məlumatlar çox dramatik fərq göstərmir. Mən döngələrdən daha yavaş keçirəm. Sadəcə bir az fərqli sazlanmalar işlədirik. Bəlkə də, maşın onun sazlanmaları ilə yaxşı işləyir. Buna baxmalıyam”.

Rauf Hacıyev

Şərh əlavə et