Xəbəri Kokpitdə Oxuyun!

Williams gələn ilə köklənəcək

Williams komandası FW47-nin aerodinamik boru inkişafını dayandırdığını açıqlayıb. Əfsanəvi komanda artıq 2026-cı ilə köklənəcək.

Kokpit.az bildirir ki, Williams komandasının əsas hədəfi onsuz da gələn il qüvvəyə minəcək yeni texniki reqlamentdir. 2026-cı ildə həm güc qurğusunda, şassidə və aerodinamikada böyük dəyişikliklər olacaq.

Komandanın rəhbəri Ceyms Vavlz Williams-ın işçi gücünü artırıb, Karlos Sayna və Aleks Elbon kimi sürücüləri komandaya uzunmüddətli cəzb edib və istehsal proseslərini yenidən düzəldib.

2025-ci il maşınının inkişafını belə tez dayandırmaq Vavlzın planındakı ən vacib addım olub. Red Bull-un 2009-cu ildə etdiyi kimi reqlament dəyişikliyi zamanı işə daha tez başlamaq komandanı orta sıralardan zirvəyə qaldıra bilər.

Lakin komandanın sürücüsü Aleks Elbon Williams-ın inkişafı belə tez dayandırmasına görə narahatdır. O düşünür ki, rəqibləri inkişafı dayandırmasa, növbəti yarışlarda onları qabaqlaya bilərlər.

2016-cı ildən bəri ən yaxşı mövsüm başlanğıcını edən Britaniya komandası ilk beş yarışdan sonra 25 xal toplayıb. Onlar keçən ilin yekununda 17 xal toplamışdı.

Düzdür, mövsümün növbəti yarışlarında Williams geriləsə belə, yaxşı başlanğıca görə axırıncı yer tutmaq riskini aradan qaldırıb. Onlardan aşağıdakı komandalada baxsaq, Williams mövsümün sonunda ən pis halda 8-ci ola bilər.

Fernando Alonso Aston Martin-in xal almasının çətin olacağını deyib. Sauber isə peletonun aşkar formada ən zəif komandasıdır. Alpine bəzən Williams-a rəqib olsa da, fransız komandasında xalı yalnız Pyer Qasli toplayır. Cek Duhən hələ öyrəşmə prosesindən keçir. Racing Bulls isə tez-tez strateji səhvlər edərək, yarışlarda geriyə düşürlər.

Williams bütün resurslarınl 2026-cı ilə yönləndirib. Əgər onlar yaxşı maşın düzəldə bilsə, gələn ilin ən yaxşı motoru olacağı düşünülən Mercedes ilə yaxşı yarışlar keçirə bilərlər.

Rauf Hacıyev

Şərh əlavə et