Kokpit.az xatırladır ki, Mercedes və Adidas mövsümün əvvəlində çoxillik müqavilə bağlamışdılar. İki brend bu tərəfdaşlığın ilk xüsusi məhsullarını Mayami Qran Prisindən əvvəl təqdim edib.
Kolleksiya şəhərin təbii simvollarından olan əfsanəvi manqrov ağaclarından ilhamlanır. Kolleksiyada pilot forması, idman geyimləri, idman pencəyi, köynəklər, tərliklər, şortlar və müxtəlif aksesuarlar var. Məhsulları shop.mercedesamgf1.com saytından ala bilərsiniz.
Adidas-ın avtoidman şöbəsinin müdiri Mixael Bats bu barədə belə danışıb: “Mayami təqvimdə ən çox gözlənilən yarışlardandır. Həm idman, həm də tərz cəhətdən məşhur şəhərdir. Buna görə də Adidas-Mercedes yarış günü kolleksiyasının təqdimatı üçün ideal yerdir.
Bu kolleksiyada Mayami şəhərini yeni və gözlənilməz formada əks etdirmək istədik. Canlı rənglər və çaplarla Formula 1 paddokuna enerjili Mayami havası gətirdik”.
Şərh əlavə et