Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər Mayamidə ən çox kimə inanır?

Bukmeyker kontorları qarşıdan gələn Mayami Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Ciddədə baş tutan son mərhələdə olduğu kimi, qələbə üçün aşkar favorit demək çətin olub. Onlar McLaren sürücüləri Lando Norris və Oskar Piastrinin şanslarını bərabər qiymətləndirirlər. Reytinqdə üçüncü olan Maks Ferstappenin perspektivinin iki dəfə aşağı olduğu təxmin edilir…

Lando Norris, Oskar Piastri – 2.50
Maks Ferstappen – 5.00
Şarl Lekler, Corc Rassell – 13.00
Lyuis Həmilton – 34.00
Kimi Antonelli – 67.00
Yuki Tsunoda – 201.00

Keçən yarışda mövsümdə üçüncü qələbəsini qazanan Oskar karyerasında ilk dəfə sürücülər çempionatında zirvəyə yüksəlib. Bunun nəticəsində indi o, mövsümün sonunda titulun ən güclü favoriti hesab olunur. Landonun əmsalı isə keçən yarışla müqayisədə çoxalıb…

Oskar Piastri – 1.85
Lando Norris – 3.00
Maks Ferstappen – 4.50
Corc Rassell – 26.00
Şarl  Lekler – 51.00
Kimi Antonelli, Lyuis Həmilton – 201.00

Mühəndislər Kuboku üçün olan pul qoyuluşu qəbulu isə getdikcə formal xarakter daşımağa başlayır. Çünki McLaren-in çempionluğu artıq şübhə doğurmur və əmsal minimum həddə yaxındır…

McLaren – 1.02
Ferrari, Mercedes – 26.00
Red Bull – 34.00
Alpine, Haas, Williams – 2001.00
Aston Martin, Racing Bulls, Sauber – 3001.00

Elçin Zodorov

Şərh əlavə et