Kokpit.az xatırladır ki, ispaniyalı sürücü doğma publikası önündəki yarışa 4-cü yerdən başlasa da, Mark Markesin yıxılmasından istifadə edib və Françesko Banyaya ilə Fabio Kuartararonu keçərək, karyerasının ilk MotoGP qələbəsini qazanıb.
Aleks Markes: “Məndən “ilk MotoGP yarışınızı harada qazanmaq istəyirsiniz?” deyə soruşsalar, cavabım qəti şəkildə Xeres olardı.
Moto2-dəki ilk qələbəmi burada qazanmışdım. O da çox xüsusi idi. Amma MotoGP-də qazanmaq tamamilə başqa səviyyədir. Dünyanın ən yaxşı və ən hörmətcil azarkeşlərinə sahibik. Bu yarış mənim üçün möhtəşəm idi. Bu qələbə mənim üçün Moto2 və Moto3-də qazandığım iki çempionluqla eyni səviyyədədir.
Son döngədə qarışıq hisslər yaşadım. Həm sevincli idim, həm də emosional. Doğrudan da gözəl idi. Son illər çətin keçdi. Amma yanınızda doğru insanlar olanda işlər qaydasında gedir. O an o insanlar barədə düşündüm. Babamı, ailəmi və xüsusən Markı…
Mark hər gün yanımdadır və məni ən çox dəstəkləyən odur. Mənə ən çox tövsiyəni Mark verir”.
Qeyd edək ki, Aleks Markes bu qələbədən sonra çempionatda liderliyə yüksəlib. O, ən yaxın izləyicisi olan Mark Markesi bir xal qabaqlayır.
Şərh əlavə et