Kokpit.az xatırladır ki, ispaniyalı sürücü dünən öz publikası önündə sprint yarışını qazanıb və bumövsümkü ardıcıl beşinci sprint yarışından qalib ayrılıb. Bununla da o, Xorxe Martinin 2023-cü ildəki ardıcıl 4 sprint qələbəsi rekordunu qırıb.
Buna baxmayaraq Mark Markes bildirib ki, sprint yarışları onu mənəvi cəhətdən sarsır: “Sprint asan deyildi. Hava isti idi və buna görə də motosiklet başqa cür hiss etdirirdi. Ancaq bunu gözləyirdim. Yarışın sonlarında çətinlik çəksəm də, hər şeyə nəzarət edə bildim.
Şənbə günləri həmişə eyni şeyi deyirəm – sprint yarışlarına nifrət edirəm, çünki qalib gələndə sevinirəm, ancaq hisslərimi biruzə verə bilmirəm. Çünki bazar günü keçirilən yarış daha vacibdir. Amma bu publikanın önündə yarışanda mənə güc gəlir.
Digər sprint yarışlarında olduğu kimi startda hücum etdim və daha sonra nəzarəti götürdüm. Fərqi 1 saniyəyə qaldıranda bunu qorumağa çalışdım və bəs elədi.
Sabahkı yarışa gəldikdə isə Pekko bazar günləri daha güclü olur. Amma sadəcə Pekko yox, Aleks və Fabio da çox güclü olacaqlar. Görək əsas yarışda necə olur”.
Şərh əlavə et