Yarışın startında Fabio Kuartararo yaxşı start alaraq, yerini qoruyub. Banyaya ikinci yerə yüksəlib. Mark Markes isə üçüncülüyə geriləyib.
Yarışın üçüncü dövrəsində çempionatın lideri Mark Markes səkkizinci döngədə qəza edərək, yıxılıb. Buna baxmayaraq yenidən ayağa qalxaraq, yoluna davam edib. Lakin o, üçüncü yerdən 22-ci yerə geriləyib.
Kuartararo liderliyini qoruyub. Banyaya ikinci, Aleks Markes üçüncü yerdə onu izləyib. Lakin bir neçə dövrədən sonra Aleks tempini artıraraq, əvvəlcə Banyayanı, sonra isə 11-ci döngədə Kuartararonu geridə qoyaraq liderliyə yüksəlib. Bundan sonra ispaniyalı sürücü hər dövrə Kuartaro ilə fərqi artırmağa başlayıb.
Yarışın 13-cü dövrəsində Cek Miller mübarizəni dayandırıb. Eyni dövrədə Xoan Mirlə Franko Morbidelli altıncı yer uğrunda mübarizə apararkən, Mir yıxılıb və mübarizəni dayandırıb. Bir neçə dövrədən sonra isə Morbidelli 11-ci döngədə qəza edərək, yarışı vaxtından əvvəl tərk edib.
Bu qəzalardan sonra Mark Markes yenidən xal zonasına düşüb.
Ön tərəfdə isə Françesko Banyaya Fabio Kuartararonu keçə bilməyib. Onun ön təkərlərinin ilişməsində problem olduğu aşkar formada görünüb və sağa dönən sürətli döngələrdə çox vaxt itirib. Beləliklə, italyan sürücü son dövrələrdə Vinyalesin hücumlarından özünü qorumalı olub.
Beləliklə, Aleks Markes damalı bayrağı birinci yerdə görərək, karyerasının ilk MotoGP qələbəsini qazanıb. Kuartararo ikinci, Banyaya üçüncü, Vinyales dördüncü olub. Yıxıldıqdan sonra yenidən yülsələn Mark Markes isə 12-ci yeri tutaraq, zərəri minimuma endirib.
Şərh əlavə et