Kokpit.az xatırladır ki, Lyuis Həmilton Ferrari-dəki karyerasına heç də ürəkaçan formada başlamayıb. Təcrübəli sürücü SF-25-ə öyrəşməkdə çətinlik çəkir.
Yeddiqat Dünya Çempionunun əhvalı heç də yaxşı deyil və o, sıralanma turunda komanda yoldaşı Şarl Leklerə yarım saniyədən çox uduzur. Bundan başqa bütün yarışları Şarl Leklerin arxasında bitirib.
12 ildən sonra komanda dəyişdirə. Lyuis Həmilton daha əvvəl verdiyi açıqlamada Ferrari-də hər şeyin fərqli olduğunu demişdi: “Doğrudan da maşın mənə çox yad gəlir. Biz pilotlar öyrəndiklərimizə bağlı qalırıq. Bəzən düşünürəm ki, öyrəşdiyim kimi sürməliyəm və maşın mənə uyğun olmalıdır. Lakin bu işə yaramır.
Buna görə də maşına uyğunlaşmağa çalışıram. Bundan başqa maşında istifadə etdikləri sazlanma üsulları da fərqlidir. Maşın tamamilə fərqli formada sürülür.
Sadəcə bir nümunə çəkəcəyəm. Son 12 ildə heç motor əyləcində istifadə etməmişdim, amma burada maşını döndərmək üçün motor əyləcindən çox istifadə edirik. Əyləclərimiz tamamilə fərqlidir. Keçmişdəkindən çox fərqlənir.
Bolidi döndərmək üçün arxa əyləclərdən istifadə etməli oluram. Bəzən də yükü ön tərəfə verməli oluruq. Bu isə o deməkdir ki, maşında öyrəşdiyimdən çox balans pəncərəsi var”.
Lakin 2014-2021-ci illərdə Mercedes motorlu maşınlardan Ferrari motorlu Sauber-ə keçmiş Valtteri Bottas Həmiltondan fərqli olaraq düşünür ki, Ferrari motoruna öyrəşmək elə çətin deyil: “Çox çətin deyil. Böyük fərq görmədim. Sadəcə sürüş xüsusiyyətlərində kiçik fərqlər var. Ən qarışıq yer sazlanmalardır, çünki terminologiyalar fərqlidir. Əsas şeyləri öyrənəndən sonra çətinlik çəkmədən sürə bilirsiniz”.
Şərh əlavə et