Kokpit.az xatırladır ki, əfsanəvi sürücü tez-tez qırmızı bayraqların çıxdığı sessiyada çox güclü olub. İkinci yeri Maverik Vinyales, üçüncü yeri isə Fabio Kuartararo tutub.
VR46 komandasının sürücüsü Franko Morbidelli dördüncü döngədə qəza edərək, qırmızı bayraqlara səbəb olub. Bariyerlərdəki zədə düzələndən sonra sessiya yenidən başlayıb. Lakin yenə də qəzalar davam edib.
Aleks Rins altıncı döngədə M1-dən yıxılıb. KTM-dən Pedro Akosta isə son döngədə çınqıllı zonaya ilişib. Akosta və Aleks Markes bu sessiyada Medium təkərlərdən istifadə ediblər.
Dünən yaxşı çıxış edən Françesko Banyaya da qəza edib. O, yeddinci döngədə motosikletindən yıxılıb. Bununla da italyan sürücü sıralanma turunda bir motosikletlə çıxış edəcək. Rins isə dördüncü döngədə ikinci dəfə qəza edib.
Şərh əlavə et