Xəbəri Kokpitdə Oxuyun!

İspaniya sıralanma: Kuartararo Markesin seriyasına son verib

MotoGP üzrə İspaniya Qran Prisinin sıralanma turunda poulu Yamaha komandasından Fabio Kuartararo qazanıb. Bununla da Mark Markesin poul seriyası sona çatıb.

Xeresdə sıralanma turu günəşli havada başlayıb. Sessiyanın əvvəlində Franko Morbidelli dördüncü döngədə qəza edib. Lakin onun vəziyyətinin yaxşı olduğu deyilib. Qırmızı bayraqlardan sonra Françesko Banyaya liderliyi ələ keçirib. Onu Aleş Esparqaro izləyib.

Vaxt keçdikcə Mark Markes tempini artırıb və 1.37.002 zaman nəticəsi ilə zirvəyə yüksəlib. Bu anda Aleks Rins və Françesko Banyaya qəza edibər.

Sessiyanın sonunda Kuartararo 1.36.983 zaman nəticəsi göstərib və birinci yerə yüksəlib. Ancaq Mark Markes 1.36.677 zaman nəticəsi ilə yenidən zirvəni özünə qaytarıb. İspaniyalı sürücü daha sonra 1.35.643 zaman nəticəsi ilə qardaşının dünənki tras rekordunu yenidən qırıb. Bundan sonra Mark ən yaxın rəqibindən 1 saniyə uzaqda olub.

Bundan sonra Fabio Kuartararo da yaxşı dövrə ilə ikinci yerə yüksəlib. Lakin Aleks Markes qardaşından cüzi fərqlə geri qalaraq, ikinciliyi ələ keçirib.

Françesko Banyaya trasa ikinci çıxışında risk alıb və ikinci yerə yüksəlib. O, Markesdən sadəcə 0.01 saniyə geridə qalıb. Aleks Markes də tempini artırıb və Banyayadan cəmi 0.003 saniyə geridə qalaraq, üçüncü olub.

Ancaq Fabio Kuartararo son cəhdində möhtəşəm performana göstərərək, 1.35.610 zaman nəticəsi göstərib və Markı 0.033 saniyə qabaqlayaraq bu mövsüm ilk dəfə poul qazanıb.

Rauf Hacıyev

Şərh əlavə et