Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Mayamidə xüsusi rəng çaları hazırlayacaq

Ferrari komandası Mayami Qran Prisində xüsusi rəng çaları ilə yarışacaq.

Bundan başqa azarkeşlər aprelin 30-da Floridada keçiriləcək təqdimatda bolidin tentinə mesajlarını yaza biləcəklər.

Xatırladaq ki, Ferrari keçən il Mayami Qran Prisində HP ilə olan müqaviləsinə görə xüsusi rəng çaları ilə yarışmışdı. Maşın üzərində xüsusi mavi detallar var idi. Bundan başqa keçənilki yarışda Şarl Lekler və Karlos Sayns Ferrari-nin Şimali Amerikadakı uğurlarına görə mavi kombinezonda və dəbilqədə trasa çıxmışdılar.

Əslində Ferrari-nin Mayamidə xüsusi rəng çaları ilə yarışacağı gözlənilirdi. Həftənin əvvəlindən bu barədə çoxlu iddialar çıxmışdı. Komanda nəhayət ki, bu planları təsdiqləyib. Bununla da azarkeşlər yarışdan dörd gün əvvəl keçiriləcək təqdimatda bolidin üzərindəki tentə mesajlarını yaza biləcəklər. Mesajlar süni intellekt tərəfindən seçiləcək.

Ferrari bu barədə belə açıqlama verib: “HP şirkəti güclü texnologiyası hesabına azarkeşlərlə Ferrari komandasını həmişəkindən çox yaxınlaşdırır. Şəxsi mesajlarınızı maşının tentinə yaza bilərsiniz.

HP-nin süni intellekt dəstəkli kompüteri güclü təhlil tutumu ilə mesajları seçəcək. Daha sonra HP-nin geniş formatlı proqramçısı seçilən mesajları Mayami üçün xüsusi hazırlanmış maşının tentinə yazdıracaq”.

Rauf Hacıyev

Şərh əlavə et