Xəbəri Kokpitdə Oxuyun!

F.Banyaya Xeresdə qələbə istəyir

Ducati komandasının sürücüsü Françesko Banyaya İspaniya yarışında yenidən titul uğrunda mübarizəyə qayıtmaq istəyir.

Kokpit.az xatırladır ki, italyan sürücü əvvəlki illərdə Xeresdə yaxşı nəticələr qazanıb. O, bu il də bu uğuru davam etdirib, iddiasını qorumaq istəyir.

Pekko son 3 ildə Xeresdə məğlubedilməz olub və bu hal trasın onun üçün əlverişli olduğunu göstərir. Lakin 27 yaşlı sürücü bu il komanda yoldaşı Mark Markesin tempinə cavab verə bilmir. Banyaya Ostindəki yarış istisna olmaqla bütün yarış sessiyalarında ispaniyalı sürücünün arxasında qalıb. – Belə ki, Markes bu il keçirilən 4 sprint yarışının hamısını, 4 əsas yarışın isə üçünü qazanıb. Banyaya isə sadəcə Ostindəki yarışda qalib olub və bu qələbə lider gedən Markesin qəzası nəticəsində gəlib.

Françesko Banyaya: “Xeresdə keçirilən İspaniya Qran Prisi həmişə xüsusi olub. Sözün açığı, çətin həftəsonu olacaq, amma Qətərdə güclü idik. Yaxşı işlədik və çətinlik çəkəcəyimizi gözlədiyim bu trasda yaxşı nəticə qazandıq. Son üç mövsümdə Xeresdə yaxşı nəticələr qazandım və buraya geri qayıtdığım üçüm sevincliyəm”.

Rauf Hacıyev

Şərh əlavə et