Kokpit.az xatırladır ki, niderlandlı sürücü Ciddədəki yarışın startında Oskar Piastri ilə yan-yana gəlmiş və şikanı kəsərək, liderliyini qorumuşdu. Dördqat Dünya Çempionu yerini qaytarmadığı üçün stüardlar ona 5 saniyə zaman cəzası vermişdilər.
Maks Ferstappen Piastrinin onu trasdan çıxardığını demişdi. Yarışdan sonra Red Bull komandasının rəhbəri Kristian Horner də maşınüstü kameradan sürücüsünü dəstəkləmiş və FİA-nın qərarını dəyişməyəcəyini qeyd etmişdi.
Red Bull komandasının məsulları bildirib ki, onlar etiraz etməyəcəklər. FİA-nın qaydalarına görə komandalar yarış bitdikdən sonra 96 saat ərzində yenidən dəyərləndirmə tələb edə bilərlər.
Keçən il ABŞ yarışında buna oxşar vəziyyətdə McLaren Norrisin cəzasına etiraz etmiş, amma neqativ cavab almışdı.
Hətta stüardlar raportlarında Ferstappenin 10 saniyə cəza ala biləcəyini demişdi. Lakin mübarizə ilk dövrədə olduğu üçün cəza 5 saniyəyə endirilmişdi.
Şərh əlavə et