Kokpit.az xatırladır ki, Cadillac zavod komandası 2026-cı ildə Formula 1-də debüt edəcək və GM mühərrikləri homoloqasiya edilənə qədər ilk illərdə Ferrari güc qurğularından istifadə olunacaq.
Muhammed bin Sulayem: “İki ildən artıqdır ki, FİA iştirakçıların sayını genişləndirmək və idmanımıza yeni istedad və imkanlar gətirmək vizyonumu rəhbər tutaraq, Formula 1 Dünya Çempionatına on birinci komandanın əlavə olunmasını təsdiqlədi. Prosesin bəzən çətin olmasına baxmayaraq, bu gün müşahidə etdiyimiz irəliləyiş bizim seçdiyimiz yolun düzgün olduğunu göstərir.
Biz GM Performance Power Units LLC-ni 2029-cu il mövsümündən başlayaraq təsdiq edilmiş güc qurğusu təchizatçısı kimi alqışlayırıq. Bu, Formula 1-in qlobal genişlənməsində daha bir addımdır və General Motors kimi qlobal avtomobil istehsalçılarının artan marağını vurğulayır.
Onların innovasiya, davamlılıq və rəqabətə sadiqliyi federasiyanın idmanımızın gələcəyi ilə bağlı baxışlarına tam uyğundur. Bu, həmçinin yeni istehsalçıları qarşılamaq, texnologiyanı inkişaf etdirmək və daha geniş, daha müxtəlif azarkeş bazası ilə əlaqə yaratmaqla motor idmanını bütün dünyada daha əlçatan və əhatəli etmək öhdəliyimizi gücləndirir”.
Rass O’Blens, GM Performance Power Units LLC-nin baş direktoru: “FİA-nın bu təsdiqi ilə biz Amerika istehsalı olan güc qurğusunu Formula 1-ə gətirmək üçün səylərimizi sürətləndirməyə davam edəcəyik”.
Hazırda GM Formula 1 üçün prototip mühərrik texnologiyasını hazırlayır və sınaqdan keçirir. Eyni zamanda 2026-cı ildə Şimali Karolina ştatının Şarlotta şəhərində GM-in texniki mərkəzinin yaxınlığında GM Performance Power Units LLC üçün ayrıca mərkəzin açılması planları davam edir”.
Şərh əlavə et